İranın hava hücumundan müdafiə qüvvələri Buşehr vilayəti üzərində ABŞ-a məxsus pilotsuz uçuş aparatını vurub.
Bu barədə "Tasnim” agentliyi məlumat yayıb.
Məlumata görə, pilotsuz aparat yer-hava tipli raketlə məhv edilib.
Buşehr vilayətinin Cəm rayonunun rəhbərliyi hadisəni təsdiqləyib və hazırda bölgədə vəziyyətin sabit olduğunu açıqlayıb.








