7NEWS.az xəbər verir ki, İranın İsrailin hücumuna cavab verib-verməyəcəyi ilə bağlı müzakirələr davam edərkən, Tehrandan başqa bir açıqlama gəldi. İran prezidenti Məsud Pezeşkian ölkəsinə qarşı hücuma cavab verəcəklərini, lakin İsrailin bölgədəki təcavüzünü dayandırıb atəşkəsi qəbul edəcəyi təqdirdə bu cavabın növü və şiddətinin dəyişə biləcəyini bildirib.








