7NEWS.az xəbər verir ki, İran İnqilab Keşikçiləri Ordusu İraqın şimalındakı İraq Kürd Regional Rəhbərliyinə (İKRG) bağlı İran Kürdüstanı Demokratik Partiyasının (HDK-İ) binalarını raketlər və pilotsuz uçuş aparatları (PUA) ilə hədəfə alıb. Ərbilin Köysancak rayonunda müxalif İran Kürdüstanı Demokratik Partiyasının binasını 2 raketlə vuran İran qısa müddətdə Süleymaniyyənin Ərbet rayonunda İranın kürd müxalifət partiyası Komala binasını pilotsuz təyyarə ilə bombalayıb. KRG Səhiyyə naziri Saman Berzancı Köysancakdakı hücumda 1 nəfərin öldüyünü, 8 nəfərin yaralandığını bildirib.
7NEWS.az








