7NEWS.az xəbər verir ki, İranın raket hücumuna İsrailin cavabı müzakirə olunmaqda davam edir. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi bildirib ki, Tehran İsrailin təhdidləri ilə bağlı BMT-nin nüvə nəzarəti orqanına nota verib. Sözçü, İsrailin hər hansı hücumuna cavabı dəyərləndirərkən Türkiyə-İran əlaqələrinin güclü olduğu mesajını da verib.








