RU
İran müharibəsi helium böhranı yaratdı
12:30
23

İran müharibəsi helium böhranı yaratdı

Yaxın Şərqdə baş verən İran müharibəsi təkcə enerji bazarlarını deyil, həm də qlobal helium tədarükünü ciddi şəkildə sarsıdıb. 

7News.Az xarici mediaya istinadən xəbər verir ki, helium xüsusilə tibb, texnologiya və sənaye sahələrində əvəzolunmaz resurs sayılır.

Müharibə nəticəsində Qətərdə yerləşən və dünya helium istehsalının böyük hissəsini təmin edən zavodlara zərbələr endirilib. Bu isə qlobal helium istehsalının təxminən üçdə birinin dayanmasına səbəb olub.  

Heliumun ən vacib istifadə sahələrindən biri tibbdə MRT (maqnit rezonans tomoqrafiyası) cihazlarıdır. Bu cihazlar çox aşağı temperatur tələb etdiyindən helium olmadan işləyə bilmir.  

Bundan başqa, helium yarımkeçirici (çip) istehsalında, kosmik texnologiyalarda və fiber-optik sistemlərdə də geniş istifadə olunur. Onun alternativi demək olar ki, yoxdur.

Mütəxəssislərə görə, bu böhran qlobal miqyasda texnologiya istehsalına, səhiyyə xidmətlərinə və elektronika bazarına mənfi təsir göstərə bilər. Hətta qiymətlərin kəskin artdığı da bildirilir. 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ