5 milyon barel İran neftini daşıyan 3 tanker ötən saatlarda Hörmüz boğazını keçib.
Bu barədə İran televiziyası məlumat yayıb.
Məlumata görə, tankerlər təyin olunan ticarət nöqtələrinə doğru hərəkət edir.
Qeyd edək ki, dünən də 3 tanker və 2 yük gəmisi Tehranla Vaşinqtonun razılaşmasından sonra Hörmüz boğazında ABŞ-ın dəniz blokadası zonasından keçib.








