RU
İran ordusu ABŞ-ın Küveyt, Qətər və Bəhreyndəki bazalarını hədəfə aldığını bildirib
12:00
49

İran ordusu ABŞ-ın Küveyt, Qətər və Bəhreyndəki bazalarını hədəfə aldığını bildirib

İran ordusu ABŞ-ın hücumlarına cavab olaraq bölgədəki Amerika bazalarına qarşı yeni əməliyyat həyata keçirildiyini açıqlayıb.

7News.Az-ın Tehran bürosunun xəbərinə görə, İran ordusunun bəyanatında deyilir ki, ABŞ-ın Küveyt, Qətər və Bəhreyndəki bazaları PUA hücumuna məruz qalıb.

Belə ki, İran ordusu tərəfindən Küveytdə yerləşən "Patriot" Hava Hücumundan Müdafiə sistemi, Qətərdəki peyk antenası (erkən xəbərdarlıq məntəqəsi) və Bəhreyndə ABŞ ordusuna məxsus yanacaq anbarları çoxsaylı kamikadze pilotsuz uçuş aparatları ilə hədəfə alınıb.

Qeyd edək ki, ABŞ ötən gecə və bu gün İranın müxtəlif bölgələrinə zərbələr endirib. Hücumlar nəticəsində insan tələfatı və maddi ziyan qeydə alınıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ