RU
İran parlamenti ölkənin Şanxay Əməkdaşlıq Təşkilatına tamhüquqlu üzvlüyünü təsdiqləyib
15:26
20

İran parlamenti ölkənin Şanxay Əməkdaşlıq Təşkilatına tamhüquqlu üzvlüyünü təsdiqləyib


İranın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) tamhüquqlu üzvlüyü ilə bağlı layihə parlamentdə təsdiqlənib.

7NEWS.az xəbər verir ki, İran parlamentində keçirilən açıq iclasda ölkənin ŞƏT-də iştirakı ilə bağlı layihənin əsas mövzuları və təfərrüatları müzakirə edilərək səsverməyə çıxarılıb. Səsvermədə 237 deputatın iştirak etdiyi bildirilib və İranın Şanxay Əməkdaşlıq Təşkilatında iştirakı ilə bağlı qanun layihəsi lehinə 203, əleyhinə 3, bitərəf 4 səslə təsdiq edilib.

Qanun layihəsinə əsasən, iqtisadi, mədəni, təhlükəsizlik və siyasi qarşılıqlı əlaqələrin və regional təşkilatlarla əməkdaşlığın gücləndirilməsi məqsədilə İran hökumətinin Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlət statusu almaq üçün Şanxay Əməkdaşlıq Təşkilatının yaradılmasından bu yana qəbul edilmiş 49 sənədin imzalanması təsdiq edilib. 

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ