RU
İran “S-400“ə rəqib olan yeni raket hazırladı
16:10
807

İran “S-400“ə rəqib olan yeni raket hazırladı

"Bavər 373" yeni versiyada "S-400" daha yüksək qabiliyyətə malik olacaq".

7News.Az "Mehr News"a istinadla xəbər verir ki, bunu İran müdafiə nazirinin  müavini Mehdi Fərəhi bildirib.

O deyib: "Müdafiə sənayesində əldə edilən nailiyyətlər çox genişdir. Sanksiyalar ölkə üçün problemlər yaratsa da, müdafiə texnologiyalarının inkişafında əngəl ola bilməyib". 

Mehdi Fərəhi əlavə edib: "Keçmişdə hava hücumundan müdafiə sistemində sıfır nöqtədəydik, amma bu gün radar sistemləri, atıcı sistemlər, qısa mənzilli, orta, uzun və strateji atışlar üçün duş daxil olmaqla, müxtəlif raketlərlə hava hücumunun bütün sahələrində əhəmiyyətli inkişaflar var".

Nazir müavininin sözlərinə görə, "Bavər 373" ltezliklə İran silahlı qüvvələrinin ixtiyarına veriləcək. "O, "S-400"-dən daha yüksək qabiliyyətə malikdir"

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ