İraq İran və Səudiyyə Ərəbistanı arasında danışıqlara ev sahibliyi edəcək.
7NEWS.Az-ın məlumatına görə, bunu İranın İraqdakı səfiri İrəc Məscidi deyib.
O bildirib ki, İran və Səudiyyə Ərəbistanı arasında danışıqların 5-ci raundu tezliklə Bağdadda keçiriləcək.
Məscidi danışıqların dəqiq tarixini açıqlamayıb.
Xatırladaq ki, indiyədək keçirilmiş digər 4 raund da Bağdadda keçirilib.
7NEWS.Az








