RU
lombard
İran Ukrayna təyyarəsini kimin vurduğunu AÇIQLADI
17:45
604

İran Ukrayna təyyarəsini kimin vurduğunu AÇIQLADI

Baş Qərargah rəsmilərinin hesabatları və qiymətləndirmələri Ukrayna təyyarəsinin insan səhvi ucbatından qəzaya uğradığını sübuta yetirib.

 7News.Az axar.az-a istinadən xəbər verir ki, bunu İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici siyasət komitəsinin sədri Müctəba Zünnur deyib. O, qəzaya səbəb olan ehtimallar arasında kiberhücumun da gündəmə gətirildiyini desə də, bunun təsdiqini tapmadığını söyləyib.

Zünnur İranın İraqdakı ABŞ hərbi bazasına hücumundan sonra sayıq davrandığını, xalqın gündəlik həyatına mənfi təsir etməməsi üçün fövqəladə vəziyyət və ya müharibə anonsu elan edilmədiyini bildirib:

"ABŞ-ın qarşılıq vermək təhdidinə qarşı müdafiə sistemləri 100 faiz hazır vəziyyətə gətirilmişdi. Raketlərin atıldığı barədə məlumat var idi. Bu məlumat müdafiə sisteminə təsdiqləndikdən sonra verilməli idi. Ancaq bu, baş vermədi”.

Xatırladaq ki, yanvarın 8-də Tehrandan Kiyevə uçuş həyata keçirməli olan Ukrayna Beynəlxalq Hava Yollarına məxsus "Boinq-737” təyyarəsi havaya qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb. Qəza nəticəsində 176 nəfər həlak olub. Hadisədən bir neçə gün sonra rəsmi Tehran təyyarənin səhvən raketlə vurulduğunu etiraf edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ