Rusiyada səfərdə olan Ermənistanın müdafiə naziri Seyran Ohanyan Beynəlxalq Təhlükəsizlik üzrə 5-ci Konfrans çərçivəsində İran İslam Respublikasının müdafiə naziri general-mayor Hüseyn Dehqani ilə görüşüb.
7News.Az erməni mətbuatına istinadən xəbər verir ki, görüşdə tərəflər Dağlıq Qarabağda gərginliyin artmasından “narahat olduqlarını” vurğulayıblar.
Qeyd olunub ki, aprelin əvvəlində təmas xəttində baş vermiş 4 günlük müharibənin nəticələrinin münaqişənin hərbi yolla həllinin mümkünsüzlüyünü bir daha sübut edib.
Nazirlər iki ölkə arasında hərbi əməkdaşlığın mövcud vəziyyətini və perspektivini də müzakirə ediblər.








