RU
İran və Türkiyə arasında aviareyslər bərpa edilir
17:00
520

İran və Türkiyə arasında aviareyslər bərpa edilir

İran və Türkiyə arasında aviareyslər bərpa edilir. 

7News.Az xəbər verir ki, bu barədə İranın Aviasiya Şirkətləri Birliyinin katibi Məsud Əsədi Samani deyib.

O bildirib ki, sentyabrın 1-dən etibarən iki ölkə arasında uçuşlar həyata keçiriləcək. Türkiyədən Tehrana həftədə 21 uçuş, Təbriz və Şiraza isə 4 uçuşun təşkil olunması planlaşdırılıb. Sentyabrın 5-dən isə Türkiyədən daha iki şəhərə - Məşhəd və İsfahana da uçuşlar olacaq.

İrandan da Türkiyənin müxtəlif şəhərlərinə uçuşların həyata keçiriləcəyi bildirilib. 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ