RU
lombard
İran vurulan təyyarənin qara qutusunu Ukraynaya göndərəcək
23:47
266

İran vurulan təyyarənin qara qutusunu Ukraynaya göndərəcək

Yanvarın 8-də Tehranda vurulan "Boeing 737” tipli sərnişin təyyarəsinin qara qutusu Ukraynaya göndəriləcək. 

"RİA Novosti” xəbər verir ki, bu barədə İran Mülki Aviasiya Agentliyi Qəza İdarəsinin baş direktoru Həsən Rızayifer açıqlama verib. 

Hadisəni tədqiq etmək üçün Ukraynadan gələn mütəxəssislərlə görüşdüyünü bildirən Rızayifer təyyarənin qara qutusunun İranda oxunmayacağını deyib. O qeyd edib ki, qara qutu ukraynalıların istəyi ilə həmin ölkəyə göndəriləcək. 

 

Qeyd edək ki, Ukraynaya məxsus "Boeing 737” tipli sərnişin təyyarəsinın yanvarın 8-də Tehranın İmam Xomeyni adına beynəlxalq hava limanından uçuşa qalxarkən partlayıb düşmüşdü. Hadisə nəticəsində təyyarənin göyərtəsində olan 176 nəfərin hamısı həlak olub. 

Daha sonra İran Silahlı Qüvvәlәrinin Baş Qәrargahı Ukraynaya mәxsus tәyyarәnin sәhvәn vurulduğuna dair bəyanat yaydı. İran Silahlı Qüvvәlәri Baş Qәrargahı baş verәn hadisә ilә әlaqәdar insan xәtasına görә üzr istәyib. 

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ