RU
İran yeni raketdaşıyıcısını sınaqdan keçirib
21:40
625

İran yeni raketdaşıyıcısını sınaqdan keçirib

İran yeni nəsil "Simurq” raketdaşıyıcısını uğurla sınaqdan keçirdiyini açıqlayıb.

Bunu ölkənin Müdafiə Nazirliyinin kosmik qrupunun rəsmi nümayəndəsi Əhməd Hüseyni bildirib.

Onun sözlərinə görə, İran kosmosa sınaq avadanlığı ilə 3 aparat göndərib: "Aparat 470 km hündürlükdə və 7350 m/san sürətlə buraxılıb”.

Məlumata görə, İranın "Omid” adlı birinci araşdırma peyki 2009-cu ildə kosmosa buraxılıb və 3 ay fəzada qalıb. Ondan sonra "Tolu”, "Mesbah-2” və "Navid” adlı peyklər kosmosa göndərilib./report

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ