İranın cənubunda baş verən zəlzələdə 5 nəfər həlak olub, daha 44 nəfər xəsarət alıb.
Bu barədə yerli media hakimiyyət orqanlarına istinadən xəbər verir.
Bundan əvvəl Hörmüzgan ostanının Fövqəladə Hallar Departamentinin rəhbəri Mehrdad Həsənzadə dövlət televiziyasına 3 nəfərin öldüyü və 8 nəfərin yaralandığı barədə məlumat verib.
02:20
İranın cənubunda 6 maqnitudalı zəlzələ baş verib.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri Hörmüzgan ostanının Bəndər Lingə şəhərindən 61 km şimal-şərqdə yerləşib. Zəlzələ ocağı 10 km dərinlikdə olub.
Dağıntı və tələfat barədə hələlik məlumat yoxdur.








