ABŞ-nin Oklahoma ştatının şimal bölgələrini cənginə alan tornado baş verib.
Nəticədə ən azı 10 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Təbii fəlakət Qarfild dairəsini də əhatə edib və ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "Vens" bazasına cüzi miqdarda ziyan vurub.
Hazırda fövqəladə hallar xidmətləri tərəfindən ərazidə axtarış-xilasetmə tədbirləri həyata keçirilir. Xəsarət alan şəxslərin sağlamlıq vəziyyəti barədə hələlik heç bir rəsmi məlumat təqdim olunmayıb.








