RU
İranda baş verən zəlzələ Naxçıvanda hiss edilib
22:35
109

İranda baş verən zəlzələ Naxçıvanda hiss edilib

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 21:57-də Naxçıvan stansıyasından 78 km cənub-qərbdə Iran ərazisində zəlzələ qeydə alınıb.

Bu barədə 7NEWS.Az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir.

Zəlzələ ocağı 5 km dərinlikdə yerləşib. Yeraltı təkanlar Naxçıvan Muxtar Respublikasında 3-4 bala qədər hiss olunub.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ