İran İnqliab Keşikçiləri Qvardiyasının əsas bazası sayılan yarımhərbi "Bəsic” təşkilatının mənzil-qərargahında partlayış olub.
Məlumatı "Iran International” saytı yayıb.
Məlumata görə, Tehranın cənub-şərqində yerləşən qərargahda azı 2 partlayış olub.
Partlayışın videosu yayılıb. Orada mənzil-qərargahın binasından qalxan alov və tüstü aydın görünür.
Hadisənin məsuliyyətini İran hakimiyyətinə müxalif "Xalq Mücahidləri” təşkilatı öz üzərinə götürüb. İran bu qurumu terrorçu qrup olaraq tanıyır./report
7NEWS.Az








