RU
İranda COVID-19-a qarşı peyvənd olunmayanların sayı açıqlanıb
00:20
2397

İranda COVID-19-a qarşı peyvənd olunmayanların sayı açıqlanıb

İranda əhalinin 31.2 faizi COVID-19-a qarşı peyvənd olunmayıb.

7NEWS.Az-ın məlumatına görə, bunu İran Səhiyyə Nazirliyi açıqlayıb.
Ümumilikdə, 10 yaşdan yuxarı kişilərdən 17.7 faizi, qadınlardan 16.2 faizi peyvənd olunmayıb.

Rəsmi statistikaya əsasən, İranda dekabrın 13-dək ümumilikdə 111 milyon 84 min 738 doza peyvənd vurulub.

58 milyon 778 min 763 nəfər birinci dozanı, 49 milyon 560 min 783 nəfər ikinci dozanı, 2 milyon 745 min 192 nəfər isə üçüncü dozanı vurdurub.
 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ