İranda ötən sutka ərzində 34 nəfər koronavirusdan (COVID-19) ölüb.
7NEWS.Az-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
Bununla da ölkədə bu virusdan ölənlərin sayı 131 736 nəfərə yüksəlib.
İranda son 24 saat ərzində 1 706 nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədə COVID-19-a yoluxanların sayı 6 200 296 nəfərə çatıb.
7NEWS.Az








