RU
İranda matəm elan olundu
10:30
343

İranda matəm elan olundu

İranın Əhvaz şəhərində hərbi paraddakı terror aktından sonra bazar ertəsi, sentyabrın 24-ü milli matəm günü elan edilib.

7News.Az-ın xəbərinə görə, bu barədə İran prezidentinin rəsmi saytında məlumat verilir.

Ölkə hökuməti bütün ölənlərin və yaralıların ailələrinə başsağlığı verib. 

Qeyd edilir ki, terror aktı nəticəsində ölənlər sentyabrın 24-də torpağa tapşırılacaq.

Bundan əlavə rəsmi Tehran qonşu dövlətləri terror aktında əli olan qruplaşmalara qarşı ciddi tədbirlər görməyə çağırıb.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ