İranda polis postuna silahlı hücum olub.
7News.Az APA-nın Tehran bürosuna istinadən xəbər verir ki, İranın qərbindəki Kürdüstan əyalətinin Bane şəhərində polisin nəzarət-buraxılış məntəqəsinə silahlı hücum olub.
Hadisə nəticəsində iki polis əməkdaşı həlak olub.
Hücum zamanı daha iki polis əməkdaşı və üç yaşlı bir qız yaralanaraq tibb müəssisələrinə çatdırılıb.








