İranın İsfahan əyalətində naməlum şəxslərin təhlükəsizlik qüvvələrinə atəş açması nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb. Xuzistan vilayətində baş verən silahlı hücumda 5 nəfər həyatını itirib, 10 nəfər yaralanıb. Beləliklə, eyni gündə baş verən 2 ayrı hücumda ölənlərin sayı 7-yə, yaralıların sayı isə 13-ə yüksəlib.
7NEWS.az xəbər verir ki, İranın İsfahan əyalətində atəş səsləri eşidilib. İran mətbuatında yer alan xəbərə görə, Khane şəhərində şəxsiyyəti məlum olmayan iki motosiklet təhlükəsizlik qüvvələrinə atəş açıb. Hücum nəticəsində 2 nəfərin öldüyü, 3 nəfərin yaralandığı açıqlanıb. İranın Xuzistan əyalətinin İzeh şəhərində Məhsa Əmininin ölümünə etiraz etmək üçün yerli vaxtla saat 19.00-da şəhərin mərkəzinə toplaşan kütləyə təhlükəsizlik qüvvələri müdaxilə edib.
7NEWS.az








