İranda yanacaq təchizatı sistemindəki "proqram problemi” səbəbindən ölkədəki yanacaqdoldurma məntəqələrinin 70 faizində fasilələrin olduğu açıqlanıb. Sistemə kiber hücum olduğu iddia edilib.
7NEWS.az xəbər verir ki, İranda başda paytaxt Tehran olmaqla bir çox yanacaqdoldurma məntəqələrində fasilələrin olduğu açıqlanıb. İranın yarı-rəsmi xəbər agentliyi Fars sözügedən fasilələrin 'proqram problemi' ilə bağlı olduğunu, İsrail mətbuatı isə İranda yanacaq təchizatı sisteminə kiberhücum edildiyini açıqlayıb.
7NEWS.az








