RU
İrandan ABŞ-yə ultimatum: Qalibaf Ağ Evə şərt qoydu
17:00
28

İrandan ABŞ-yə ultimatum: Qalibaf Ağ Evə şərt qoydu

İran ABŞ-ni danışıqları təxirə salacağı ilə hədələyib.

 İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf "X" sosial platformasında məsələ ilə bağlı açıqlama verib.

"İsrailin Livana qarşı hücumları davam edəcəyi təqdirdə, biz danışıqlar prosesini dayandırmaqla kifayətlənməyəcək, həm də düşmənlə birbaşa toqquşmaya girəcəyik", - deyə paylaşımda qeyd olunub.

Qeyd edək ki, "Axios" portalının məlumatına əsasən, mayın 28-də Vaşinqton və Tehranın nümayəndə heyətləri 60 günlük atəşkəs və nüvə proqramı üzrə müzakirələrin başlanmasına dair memorandumu razılaşdırıblar. Mənbənin sözlərinə görə, yekun sənəd hazırda ABŞ prezidenti və İran rəhbərliyinin təsdiqini gözləyir. Sözügedən razılaşmaya Hörmüz boğazının açılması da daxildir. Müqavilənin şərtlərinə əsasən, Tehran 30 gün ərzində dəniz dəhlizini minalardan təmizləməlidir. Buna cavab olaraq, ABŞ Hörmüz boğazında gəmiçiliyin bərpası ilə paralel şəkildə İrana qarşı tətbiq edilən blokadanı ləğv etməyi öz üzərinə götürüb. Bundan əlavə, Birləşmiş Ştatlar tərəfi sanksiyaların götürülməsi və dondurulmuş İran aktivlərinin sərbəst buraxılması məsələlərini müzakirə etməlidir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ