RU
İrandan gətirilən 50 ton kartof Azərbaycana buraxılmadı - VİDEO
15:41
484

İrandan gətirilən 50 ton kartof Azərbaycana buraxılmadı - VİDEO

Cənub Ərazi Baş Gömrük İdarəsi Biləsuvar gömrük postunda İrandan Azərbaycana "Gülü-80" MMC tərəfindən 30 E401-10 /30 E402-10 və 84B969-10/84B970-10 dövlət qeydiyyat nömrə nişanlı yük avtomobilləri ilə gətirilən hər birində ümumi çəkisi 24700 kq olan kartof məhsuluna "Biləsuvar” gömrük postunda risklərin təhlili əsasında ilkin baxış keçirilib və məhsulda potensial təhlükə törədə bilən kartof güvəsinin olması şübhəsi yaranıb.

DGK-dan 7News.Az-a verilən məlumata görə, "Biləsuvar” gömrük postuna dəvət edilən Qida Təhlükəsizliyi Agentliyinin Cəlilabad Regional bölməsinin nəzdində Fitosanitar Nəzarəti sektorunun mütəxəssisləri tərəfindən birgə fitosanitar karantin baxışı keçirilərkən məhsulda potensial təhlükə törədə bilən kartof güvəsi - "Phthorimaea operculella Zell”in izləri aşkar edilib. Aşkar olunan zərervericinin təsdiq edilməsi üçün nümunə götürülərək Bakı Regional 2 saylı sınaq laboratoriyasına göndərilib və təsdiqini tapıb. 

Yuxarıda göstərilənlərlə əlaqədar Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 14-cü fəslinin və "Fitosanitar nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin (idxal olunan bitki və bitkiçilik məhsullarında zərərli orqanizmlərin sirayətlənmə riski yüksək olduğu üçün) tələblərinə əsasən qeyd olunan hər iki avtomobil müvafiq araşdırma aparılması üçün "Biləsuvar”  gömrük postunda saxlanılıb və ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ