İranın 20 əyalətində qar və çovğun insanların magistral yollarda qalmasına səbəb olub.
Bunu İranın Qırmızı Aypara Cəmiyyətinin rəsmisi Mehdi Vəlipur deyib.
O bildirib ki, 268 avtomobil qar və çovğundan xilas edilib, 2064 nəfərə yardım göstərilib.
Bu gün İranın paytaxtı Tehranda da qar yağıb. Hava şəraitinə görə, Tehranın Mehrabad hava limanında bir neçə uçuş ləğv olunub.
Qarın yağması Tehranda havanın çirkliliyini azaltsa da şəhərdə həssas qruplar üçün hava təhlükəli olaraq qalır./apa
7NEWS.Az








