İran hakimiyyəti ilə Avropa ölkələrinin məmurları arasında danışıqlar nəticəsində xarici banklarda olan 3,5 milyard ABŞ dolları məbləğində dondurulmuş maliyyə vəsaitinin sərbəstləşməsi məsələsində razılıq əldə edilib.
Bunu İran xarici işlər nazirinin iqtisadi məsələlər üzrə müavini Mehdi Səfəri bildirib.
"Bu yaxınlarda sorğumuz əsasında 3,5 milyard dollara qoyulan həbs götürülüb. Biz uyğun müraciətləri başqa dövlətlərə də etmişik. Yaxşı nəticələr əldə etmişik”, - o deyib./report
7NEWS.Az








