İranın Ankaradakı səfirliyi terror aktı təhlükəsi səbəbindən boşaldılıb.
7News.Az xəbər verir ki, bununla bağlı "Haberturk” telekanalı məlumat yayıb.
Bildirilir ki, terrorçu-kamikadzenin səfirliyə hücum təhlükəsi ilə bağlı anonim məlumat əldə edilib. Diplomatik nümayəndəliyin personalı, o cümlədən səfir təxliyyə edilib. Binanın önündə təhlükəsizlik tədbirləri gücləndirilib.
Səfirliyə gedən küçələr bağlanıb.
7News.Az








