RU
İranın Qərbi və Şərqi Azərbaycan əyalətlərində şaxtalı havaya görə məktəblərdə tətil elan olunub
19:30
1787

İranın Qərbi və Şərqi Azərbaycan əyalətlərində şaxtalı havaya görə məktəblərdə tətil elan olunub

İranın Qərbi Azərbaycan və Şərqi Azərbaycan əyalətlərində şaxtalı hava şəraitinə görə məktəblərdə tətil elan olunub.

Yolların buz bağlaması və soyuq hava şəraitinə görə Qərbi Azərbaycan əyalətinin Urmiya şəhəri və digər şəhərlərində şənbə günü tətil elan olunub. Həmçinin güclü külək, çovğun, qar və soyuq hava şəraitinə görə Şərqi Azərbaycan əyalətinin Təbriz, Sarab, Həştrud və digər bir neçə şəhərdə dərslərin distant keçirilməsinə qərar verilib.
Qeyd edək ki, İranın Qərbi Azərbaycan və Şərqi Azərbaycan əyalətində iki gündür ki, qar yağır, çovğun var./apa
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ