RU
İranın Şərqi Azərbaycan əyalətində mədəndə 20-yə yaxın işçi həbs edilib
20:50
773

İranın Şərqi Azərbaycan əyalətində mədəndə 20-yə yaxın işçi həbs edilib

Son günlər İranın Şərqi Azərbaycan əyalətinin Vərziqan şəhərində yerləşən Sonqun mədənində 20-yə yaxın işçi həbs edilib.

Bu barədə İran İşçilərinin Azad İttifaqı məlumat verib.
Məlumata görə, həmin işçilərin həbsi bu mədənin minlərlə işçisinin tətili başa çatdıqdan sonra həyata keçirilib. Təhlükəsizlik qurumları Sonqun mis kompleksinin rəhbərliyi və podrat şirkətlərinin əməkdaşlığı ilə həbsi həyata keçirib.

Məlumatda həmçinin qeyd olunub ki, Vərziqanda yaşayan jurnalist Behnam Zarei işçilərin beş günlük tətili ilə bağlı və Sonqun kompleks rəhbərliyinin şikayəti əsasında həbs edilib.
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ