RU
İranın xarici işlər naziri Abbas Arakçi: Biz İsrailin cavab tədbirinə tam hazırıq
12:10
47

İranın xarici işlər naziri Abbas Arakçi: Biz İsrailin cavab tədbirinə tam hazırıq


7NEWS.az xəbər verir ki, dünyanın gözü İsrailin İrana cavabındadır. 20 gündür İsrailin növbəti addımı gözlənilir. Belə bir dönəmdə Türkiyəyə gedən və televiziya kanalına danışan İranın xarici işlər naziri Abbas Arakçi bütün imkanlara hazır olduqlarını bildirib və "İstənilən hücum bizim qırmızı xəttimizdir. Bu hücuma qarşı bütün hazırlıqlarımızı etdik" deyə bildirib. Nüvə obyektlərinə zərbə endirmə ehtimalından danışan Arakçi, "Belə bir hücum olarsa, onlar da bənzər bir cavabla qarşılaşacaqlar" dedi və əlavə etdi: "İsraildəki bütün hədəfləri indi müəyyən etdik. Gecikməyəcəyik, amma tələsməyəcəyik də".

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ