Naməlum şəxslər İranın Afinadakı səfirliyinə şüşə və daşlar atıblar.
7News.Az xəbər verir ki, bununla bağlı IRNA agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, hücumçular səfirliyin binasına zərər vurublar. Polis hadisə ilə əlaqədar saxlanılan şəxslərlə bağlı heç bir məlumat vermir.
"Frans Press” agentliyi hücumun anarxistlər tərəfindən törədildiyini açıqlayıb:
"Hücuma görə məsuliyyəti "Rubikon” qruplaşması öz üzərinə götürüb və hələlik heç kim həbs olunmayıb. Hadisə zamanı xəsarət alan olmayıb”.
7News.Az








