Tehran və Ər-Riyad diplomatik münasibətləri bərpa etdikdən sonra iranlılar ilk dəfə Ümrə üçün Səudiyyə Ərəbistanına gedə biləcəklər.
7NEWS.az xəbər verir ki, İranlı zəvvarlar son səkkiz ildə ilk dəfə dekabrın 19-dan Səudiyyə Ərəbistanına müntəzəm səfərə başlayacaqlar. Yarı rəsmi Fars xəbər agentliyi İranın 10 hava limanından havaya qalxacaq təyyarələrin il boyu Səudiyyə Ərəbistanının Məkkəyə Ümrə ziyarətinə gedəcək iranlıları daşıyacağını açıqlayıb.
7NEWS.az








