RU
İraq da türk dronları almaq istəyir
14:50
387

İraq da türk dronları almaq istəyir

İraqın müdafiə naziri ölkəsinin Türkiyədən hərbi texnika almaq istədiyini açıqlayıb.

7News.Az "Anadolu"ya istinadla xəbər verir ki, İraqın müdafiə naziri Cuma Ənad Saadun Türkiyədən "Bayraktar TB2" pilotsuz təyyarəsi, 12 ədəd "T-129" hücum helikopteri və s. tədarükündən söz açıb.

O, pilotsuz uçan aparatların İŞİD-lə mübarizədə faydalı olacağı rəyindədir.

Avqustun 19-da nazir İstanbulda 2021 Beynəlxalq Müdafiə Sənayesi Sərgisi (IDEF'21) çərçivəsində Türkiyənin müdafiə naziri Hulusi Akarla görüşüb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ