RU
İraq hərbçiləri Mosulun əsas aeroportuna hücum ediblər
13:24
316

İraq hərbçiləri Mosulun əsas aeroportuna hücum ediblər

İraqın təhlükəsizlik qüvvələri ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın dəstəyi ilə "İslam dövləti” terror təşkilatının nəzarət etdiyi ərazidə yerləşən Mosulun əsas aeroportuna hücuma keçiblər. 

7news.Az bu barədə "Reuters”ə istinadən xəbər verir. 

"Çevik reaksiya qüvvələri, federal polis və terror əleyhinə mübarizə bölükləri Mosul aeroportuna və Əl-Qalyani hərbi düşərgəsinə hücum ediblər”, - agentlik dövlət televiziyasının məlumatından sitat gətirib.

Fevralın 19-da İraqın baş naziri Heydar əl-Abadi İŞİD-in nəzarət etdiyi Mosulun qərb hissəsinin azad edilməsi üzrə əməliyyatın başlanmasını elan edib. Onun sözlərinə görə, ilkin məsələ - terrorçuların əlindən dinc əhalini xilas etməkdir. 

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ