RU
İraq qırıcıları Suriyanı bombalamağa başladı
17:37
294

İraq qırıcıları Suriyanı bombalamağa başladı

İraqın baş naziri Haydar əl-İbadi Suriya ərazisində İŞİD terror qruplaşmasının mövqelərinə aviazərbələrin endirilməsi haqqında əmr verib.

7News.az xəbər verir ki, bu haqda "Reuters” agentliyi bildirib.

"Biz Hərbi Hava Qüvvələrinin komandanlığına Suriya ərazisində İŞİD-in mövqelərinə zərbələrin endirilməsi barədə əmr verdik. İŞİD terrorçuları Bağdadda bu yaxınlarda baş verən partlayışlara görə məsuliyyət daşıyırlar”, - baş nazir deyib.

Onun sözlərinə görə, İraq hərbçiləri artıq əməliyyatı keçiriblər.

7News.az 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ