RU
İraqda ABŞ əsgərləri raket hücumuna məruz qalıb
23:12
146

İraqda ABŞ əsgərləri raket hücumuna məruz qalıb

İraqın Ənbar vilayətində ABŞ əsgərlərinin yerləşdiyi Ayn əl-Əsəd bazasına raket zərbəsi endirilib.

Bu barədə İraq Milli Xəbər Agentliyi məlumat yayıb.

Məlumata görə, Ayn əl-Əsəd bazasına 5 raket düşüb.

C-RAM hava hücumundan müdafiə sistemi işə salınaraq raketlər zərərsizləşdirilib.

Şahidlərin sözlərinə görə, hücum Hit şəhəri yaxınlığında eniş daşıyan avtomobildən həyata keçirilib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb./report

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ