7NEWS.az xəbər verir ki, İraqın baş naziri Məhəmməd Şia əl-Sudani bir müddət əvvəl dövlət bankından oğurlanan 2,5 milyard dolların bir hissəsinin dövlətə qaytarıldığını açıqlayıb.
Baş nazir Sudani paytaxt Bağdadda keçirdiyi mətbuat konfransında qaytarılan pullarla jurnalistlərin qarşısına çıxdı.
"Araşdırma aparan müvafiq komissiyalar oğurlanmış məbləğin 182 milyard dinarının (124 milyon 600 min dollar) qaytarılmasını təmin edib”. Sudani bildirib ki, bəzi dövlət qurumlarında çalışan şəxslər həmin pulların oğurlanmasına kömək ediblər.
Sudani, hazırda həbsdə olan Nur Zuheyrin oğurladığı bütün pulları geri qaytarmaq üçün məhkəmə tərəfindən zaminə buraxılacağını və bu şəxsin bütün pulları qaytarana qədər təhlükəsizlik qüvvələrinin nəzarətində qalacağını qeyd edib. İraqın baş naziri bəyan edib ki, Züheyrin mühakiməsi bütün oğurlanmış pullar qaytarıldıqdan sonra davam etdiriləcək.
7NEWS.az








