İŞİD terror təşkilatının qruplaşma başçılarından biri İraqda məhv edilib.
Bu barədə İraq Silahlı Qüvvələrinin komandanının mətbuat katibi Yəhya Rəsul "Twitter" səhifəsində bildirib.
O qeyd edib ki, söhbət "Əbu İsa” ləqəbi ilə tanınan Hüseyn Məhəmməd Casim əl-İsavidən gedir və o İraqın təhlükəsizlik qüvvələri tərəfindən bu gün həyata keçirilən əməliyyat nəticəsində ölkənin Anbar əyalətində məhv edilib.
"Terrorizmlə mübarizə idarəsinin xüsusi təyinatlıları bu gün Əbu İsanı məhv edib. O Anbar vilayətinin mərkəzi olan Ramadi şəhərindəki partlayışlara görə günahlandırılırdı. Xüsusi əməliyyat zamanı terrorçu özünü partladaraq hərbçiləri öldürmək istəsə də, cəhdinin qarşısı alınıb” – deyə əlavə olunub.
Xatırladaq ki, İŞİD terror təşkilatı 2014-cü ilin yayında İraq ərazisinin 1/3-ni işğal edib. Həmin ilin iyun ayında ölkənin ikinci ən böyük şəhəri Mosulu ələ keçirərək paytaxt elan etmişdilər. İraq hökumətinin silahlı qüvvələri isə 2015-ci ildə beynəlxalq koalisiyanın dəstəyi ilə işğal olunmuş ərazilərin azad olunması üçün genişmiqyaslı hərbi əməliyyatlar həyata keçirib. 2017-ci ilin dekabrında isə İŞİD terror təşkilatının tamamilə məhv edilməsi elan edilib./apa
7NEWS.Az








