RU
İraqda neft quyusunda partlayış — ölənlər və yaralananlar var
22:33
338

İraqda neft quyusunda partlayış — ölənlər və yaralananlar var

İraqın Kərkük şəhərində neft quyusu partlayıb.

7news.Az xəbər verir ki, hadisə "Həsən Bəy” adlı neft quyusunda qeydə alınıb. Neft quyusunda çıxarılan neft anbara yığılarkən yüksək təzyiq zamanı isinmə baş verib. Bununla da partlayış olub.

Partlayış zamanı işçilərdən üçün yerindəcə ölüb, 7 nəfər isə ağır yaralanıb. Yaralılar xəstəxanalara yerləşdiriliblər. Onlardan 5-nin vəziyyətinin ağır olduğu qeyd olunub.

Hazırda ərazidə hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır. 

Qeyd edək ki, "Həsən Bəy” adlı neft quyusu 2014-cü ilin iyun aıyndan fəaliyyətə başlayıb. Həmin quyudan gündəlik 200 min barel neft Ceyhan Xəttinə ixrac olunur.
 
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ