İraq Parlamentinə keçirilən erkən seçkilər zamanı seçki məntəqəsinə silahlı hücum olub.
7NEWS.Az xəbər verir ki, bu barədə İraqın " " telekanalı məlumat yayıb.
Hücum İraq paytaxtının şimal-şərqində yerləşən Diyala əyalətində həyata keçirilib.
Hadisə nəticəsində bir əsgər ölüb, daha biri yaralanıb.
Digər təfərrüatlar barədə məlumat verilmir.
7NEWS.Az







