RU
İraqda terror aktları:
22:45
970

İraqda terror aktları:

Ən qanlı terror aktı Tarmiya şəhərində baş verib.

İraqda törədilən bir neçə terror aktı nəticəsində ən azı 12 nəfər ölüb,7news.Az TASS-a istinadən xəbər verir.

Ən qanlı terror aktı Bağdaddan 25 kilometr şimalda yerləşən Tarmiya şəhərində baş verib. Axtarış aparılan evdə minanın işə düşməsi nəticəsində güc strukturlarının 5 əməkdaşı ölüb, daha üçü isə yaralanıb.

Digər terror aktı Bağdadın cənubunda Əbu Dişər rayonunda törədilib. Partlayış zamanı 3 nəfər dünyasını dünyasını dəyişib, daha on nəfər yaralanıb.

Daha iki partlayış isə Bağdadın şimalında Səba əl-Bir və Mişad rayonlarında həyata keçirilib. Hücumlar dörd nəfərin həyatına son qoyub, 16 nəfər isə yaralanıb.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ