İraqın neft ehtiyatları əvvəlki qiymətləndirmədən sonra 11 milyard barel artaraq 154 mlrd. barelə çatıb.
Bunu ölkənin neft naziri Cabir əl-Lyəibi deyib.
O əlavə edib ki, İraq OPEC-dən yeni məlumatların qeydə alınmasını xahiş edəcək.
Nazirin sözlərinə görə, ehtiyatların artması mərkəzi və cənubi İraqdakı yeddi neft yatağında aparılan qiymətləndirmə işinin nəticəsidir./report
7news.Az








