RU
İraqın şimalında 2 terrorçu zərərsizləşdirildi
20:10
326

İraqın şimalında 2 terrorçu zərərsizləşdirildi

Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalında "Pençe Şimşek” əməliyyatının həyata keçirildiyi zonada iki PKK terrorçusunu zərərsizləşdiriblər.

"Qafqazinfo” "Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat verib.

 

Bildirilir ki, əməliyyat zamanı Türkiyə istehsalı olan ATAK zərbə vertolyotlarından istifadə olunub.

Qeyd edək ki, PKK sabitliyi pozmaq və Türkiyəni parçalamaq üçün terror aktları törədir. Prezident Rəcəb Tayyib Ərdoğanın verdiyi məlumata əsasən, PKK döyüşçülərinin 1984-cü ildə törətdiyi ilk qanlı cinayətdən 2020-ci ilin martına qədər bu təşkilatın fəaliyyəti nəticəsində Türkiyədə 7500 təhlükəsizlik qüvvələri əməkdaşı, 6800 dinc sakin həlak olub.

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ