İrəvanın Nor Nork rayon bələdiyyəsinin binası atəşə tutulub.
Bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Bildirilib ki, binanın ikinci mərtəbəsinin pəncərələrində 7 güllə izi, yaxınlıqda dayanmış avtomobilin arxa pəncərəsində bir güllə izi aşkarlanıb.








