"Ərik ölkəsi” partiyasının lideri Zaruhi Postancyana bu gün səhər 8 radələrində polis geyimində olan şəxslərin ona hücum etdiyi, ünvanına söyüş söyərək və fiziki zorakılıq göstərərək aparılıdığı bildirilir.
Bunu Postancyanın vəkili bəyan edib.
Partiyadan verilən məlumata görə, Zaruhi Postancyanın hara aparıldığı barədə hələ də heç bir məlumat yoxdur.
Ermənistan polisinin mətbuat xidməti telefon zənglərinə cavab vermir.
Partiyanın mətbuat xidmətinin məlumatında deyilir: "Hazırda yalnız onu deyə bilərik ki, Zaruhi Postancyanın Yerablur hərbi panteonunun qarşısından qaçırılıb”./olke.az
7NEWS.Az








