RU
İrəvanda silahlı basqın, külli miqdarda pul oğurlandı
14:40
272

İrəvanda silahlı basqın, külli miqdarda pul oğurlandı

İrəvanda yerləşən "Yerevan City” supermarketində yerləşən valyutadəyişmə məntəqəsinə maskalı naməlum şəxs hücum edib.

Bu barədə Shamsyan.com saytı məlumat yayıb.

Nəşrin yazdığına görə, hadisə bazar günü 22:45 radələrində baş verib. Cinayətkar valyutadəyişmə məntəqəsinə daxil olduqdan sonra, işçini qumbara ilə hədələyərək kassanı ona verməsini tələb edib. O, pulu alan kimi hadisə yerindən uzaqlaşıb.

Əraziyə hüquq-mühafizə orqanları cəlb olunub.

Məlumata görə, hadisə nəticəsində valyutadəyişmə məntəqəsindən 4 milyon 500 min dram (təxminən 15,300 manat) pul oğurlanıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ