İrəvanda Tbilisi şossesində anbarda güclü yanğın baş verib.
Bu barədə Ermənistanın Daxili İşlər Nazirliyindən bildirilib.
İlkin məlumata görə, yanğın 6 min kvadratmetr ərazini əhatə edib.
Hadisə yerinə 12 yanğınsöndürən və xilasedicilər cəlb olunub.
Yanğının səbəbi hələ ki, məlum deyil.








